Dünya
17 fevral 2022
22
SON DƏQİQƏ: Ukrayna bombalanır - Şiddətli partlayış səsləri eşidilir
Rusiya-Ukrayna sərhədində partlayış səsləri eşidilib.
Milliinfo.az Röyters agentliyinə istinadən xəbər verir ki, Ukraynanın şərqindəki Elenovka kəndi və Donetsk hava limanı yaxınlığı bombalanıb.
Məlumata görə, Rusiyanın dəstəklədiyi separatçılar bölgəni top atışları ilə hədəfə alıblar. Mərmilərdən bəzilərinin orta məktəbə düşdüyü bildirilir. Hücumun miqyası və fəsadlar barədə hələlik məlumat yoxdur. Bölgədə atəş səsləri davam edir.
Qeyd edək ki, səhər saatlarında separatçılar Ukrayna ordusunun onları atəşə tutduğunu irəli sürmüşdü.Metbuat.az

Daha çox xəbər:

Tehranda partlayış səsləri eşidilib
Dünya
Terrorçular beşulduzlu otelə hücum ediblər - Silah səsləri eşidilir
Hadisə
Ukrayna Luqanskı atəşə tutdu
Gündəm / Dünya
“Rusiya ilə sərhəddə vəziyyət ağır olaraq qalır” - Ukrayna MN
Gündəm / Dünya
Rusiya Ukrayna ilə sərhəddə ballistik raket yerləşdirdi - VİDEO
Gündəm / Cəmiyyət