Dünya
30 mart 2022
24
Ruslar geri çəkildiyi ərazilərdə meyitləri minalayır
"Kiyev vilayətinin işğaldan azad edilmiş İrpin şəhərində rus işğalçılarının qoyub getdiyi çoxlu mina və keçid naqilləri tapılıb".
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko danışıb.
Müşavir evlərinə qayıtmaq istəyənlərdən xahiş edib ki, səlahiyyətlilər onlara rəsmi məlumat verdikdən sonra İrpinə qayıda bilərlər: "Biz çoxlu mina, keçid naqilləri, hətta minalanmış cəsədlər tapırıq. Buna görə də, evlərinə qayıtmaq istəyənlərin hamısına böyük bir xahişim var, bir az gözləyin - görsünlər orada nə var. Sonra sizin şəhərə girmək üçün nə edəcəyiniz rəsmi olaraq deyiləcək".
Xatırladaq ki, ukraynalı müdafiəçilər İrpin şəhərini , martın 28-də rus işğalçılarından azad ediblər.
Daha çox xəbər:
Ruslar hərbi hissəni vurdu - 70 ukraynalı öldü
Dünya“Ukraynalı qadınların zorlanmasına görə cavab verəcəklər”
DünyaXarkov polisi iki rus tankını məhv etdi - VİDEO
Gündəm / Dünyaİşğaldan Azad Edilmiş Rayonlarımızda Dövlət Strukturları Fəaliyyətə Başladı – RƏSMİ
GündəmUkrayna DİN itkilərini açıqlayır - Yenilənir
Gündəm / Cəmiyyət