Dünya
01 mart 2022
31
Ruslar hərbi hissəni vurdu - 70 ukraynalı öldü

Ukraynanın Sumı vilayətinin Axtırka şəhərində rus hərbçilərinin artilleriya atəşi nəticəsində hərbi hissədə 70 ukraynalı döyüşçü həlak olub.
Bu barədə Sumı Regional Dövlət Administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.
“Dünən düşmən artilleriyası hərbi hissəni əhatə edib. Dağıntılar altından cəsədləri çıxarmaqda davam edirlər. Dövlət Fövqəladə Hallar Xidməti, könüllülər işləyir. Çoxlu ölü var. İndi ölən 70 Ukrayna əsgərinin dəfn edilməsi üçün qəbiristanlıqda yerlər hazırlayırlar”, - Jivitski bildirib.
Bununla yanaşı, Jivitski Rusiya tərəfdən də böyük itkilərin olduğunu vurğulayıb:
“Şəhərdə çoxlu rus cəsədi var idi, biz onları toplayırıq. Qızıl Xaç Cəmiyyətinin əməkdaşları onları evlərinə aparır”.

Daha çox xəbər:

Ukrayna 5 rus təyyarəsi və 1 hərbi helikopterini VURDU
Gündəm / Dünya
Odessada hərbi hissəyə zərbə endirildi - 18 ölü
Dünya
"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / Dünya
Rusiya sərhəddi keçən 5 ukraynalı kəşfiyyatçını ÖLDÜRDÜ - YENİLƏNİB
Gündəm / Cəmiyyət
“Rusiya hərbi kəşfiyyatına bağlı media qurumları 44 gün boyunca müharibəni qızışdırırdı” – Sabiq nazir müavini
Gündəm / Sosial