Dünya
18 may 2022
20
Ukraynada 3 752 dinc sakin öldürülüb - BMT
Rusiyanın fevralın 24-də hərbi müdaxiləsi başlayandan mayın 16-dək Ukraynada 3 752 dinc sakin ölüb, 4 062 nəfər yaralanıb.
Məlumatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İdarəsi yayıb.
Məlumatda bildirilir ki, 1 406 kişi, 927 qadın, 86 qız, 96 oğlan, 68 uşaq, 1 169-u yaşlı olmaqla, 3 752 dinc sakin öldürülüb, 675 kişi, 472 qadın, 96 qız, 104 oğlan, eləcə də 88 uşaq, 2 550-si yaşlı olmaqla 4 062 dinc sakin yaralanıb.
Donetsk və Luqansk vilayətlərində Ukraynanın nəzarətində olan ərazidə 1 926 dinc sakin öldürülüb, 1 648 sakin yaralanıb.
Məlumata görə, hərbi müdaxilə ərzində 250 uşaq öldürülüb.

Daha çox xəbər:

Ermənistanın Bərdədə törətdiyi növbəti terrordan bir il ötür
Gündəm / Cəmiyyət
9 yaşlı uşaq anasını güllələdi - FOTO
Hadisə
Rusiyanın hücumu Ukraynada 2 mindən çox insanın həyatına SON QOYDU
Gündəm / Dünya
Lavrov Ukraynada həlak olan dinc sakinlərə görə başsağlığı verdi
Gündəm / Dünya
Sudanda silahlı hücum zamanı 60-dan çox insan öldürülüb
Hadisə / Dünya