Dünya
19 sentyabr 2022
13
"Biz bu rejimdən bezmişik" - İranlı qadınlar hicablarını yandırdı
İranda qadınlar hicabını "səhv" geyindiyinə görə polis tərəfindən döyülən qızın ölümündən sonra etiraz olaraq saçlarını kütləvi şəkildə kəsməyə və hicab yandırmağa başlayıblar.
Bu barədə iranlı jurnalist və fəal Məsih Əlinejad məlumat yayıb.
İranlı qadınlar qəzəblərini saçlarını kəsdirməklə və hicablarını yandıraraq, bununla da onlar Məhsa Əmininin polis tərəfindən öldürülməsinə etiraz ediblər: "Yeddi yaşımızdan hicab geyinmişik. Saçlarımızı örtməsək nə məktəbə gedə, nə də işə düzələ bilərik. Biz bu gender aparteid rejimindən bezmişik".
Bundan əlavə, jurnalist qeyd edib ki, hakimiyyət Əmininin ölümündən sonra küçələrə çıxan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib və atəş açıb. Onun sözlərinə görə, bir neçə etirazçı yaralanıb.
Daha çox xəbər:
“Sarı jiletlilər” əl çəkmir - 30 nəfər saxlanıldı, polis və jurnalist yaralandı
Dünyaİranda kütləvi etiraz aksiyaları keçirilir
Dünyaİranda 43 ildən sonra ilk dəfə qadınlara bu icazə verildi
Gündəm / Dünyaİranlı nazir Füzulidə - FOTOLAR
Gündəm / Cəmiyyət"Biz deyəndə ki, azərbaycanlılar İrəvana girəcək..." - Ermənistanda etiraz
Gündəm / Dünya