Dünya / Gündəm
29 mart 2024
0
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
"Onun yazısı burada olmalı idi".
“Wall Street Journal” qəzeti redaksiyanın əməkdaşı olan jurnalist Evan Qerşkoviçin Rusiyada həbsinin ildönümündə boş manşetlə çıxır.
“Bir il Rusiya həbsxanasında. Oğurlanmış jurnalist hekayələri, oğurlanmış sevinclər, oğurlanmış xatirələr ili", - deyə qeyd olunub.
WSJ-nin ön səhifəsində "Qerşkoviç köşəsi" ilə yanaşı, Qerşkoviçin həbsdə olduğu ilin qrafiki, Qerşkoviçin valideynləri ilə müsahibə, dünya üzrə jurnalistlərə qarşı təhdidlər haqqında hekayələr və "Evanın bir il ərzində əldən verdiyi şeylər" başlıqlı redaksiya məqaləsi var.
Qeyd edək ki, Evan Qerşkoviç FTX tərəfindən casusluqda şübhəli bilinərək saxlanılıb və onun məhkəməsi bağlı qapılar arxasında keçirilib. Juranlist ittihamları qəbul etmir.
Daha çox xəbər:
Səudiyyə şahzadəsi Baydeni ələ saldı
Gündəm / DünyaAzərbaycanlı jurnalist Rusiyada axtarışa verildi
Gündəm / CəmiyyətRusiyalı oliqarxdan Ukraynaya 1 milyardlıq YARDIM
Gündəm / DünyaABŞ hava məkanını Rusiya təyyarələrinə bağlayır
Gündəm / DünyaRusiyada üç jurnalist pandemiyanın qurbanı olub
Dünya