Gündəm / Cəmiyyət
21 noyabr 2022
8
Dövlət bu partiyalara da maliyyə yardımı ayıracaq
Milli Məclisdə təmsil olunmayan siyasi partiyalara da dövlət maliyyə yardımı ayıracaq.
Bu barədə “Siyasi partiyalar haqqında” qanun layihəsinin yenilənmiş variantında qeyd edilib.
Qanun layihəsinin siyasi partiyaya dövlət maliyyə yardımı ilə bağlı maddədə qeyd edilir ki, vəsaitin 2,5 faizi irəli sürdüyü namizədlər Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərdə etibarlı səslər qazanmış, lakin Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmayan siyasi partiyalar arasında bərabər bölünür;
Bu Qanunun 25.2.4-cü və 25.2.5-ci maddələrinə uyğun olaraq siyasi partiyaya ayrılan illik dövlət maliyyə yardımının yuxarı həddi həmin partiyanın bu Qanunun 27-ci maddəsinə əsasən təqdim etdiyi maliyyə hesabatında göstərilən illik daxilolmalarının (dövlət maliyyə yardımı çərçivəsində ayrılmış vəsait nəzərə alınmadan) iki mislindən çox ola bilməz.
Daha çox xəbər:
Siyasi partiyalar qarşısında yeni tələb qoyulacaq
Gündəm / SiyasətPortuqaliya Ukraynaya maliyyə yardımı göstərəcək
DünyaPrezident bu dini qurumlara maliyyə yardımı ayırdı
Gündəm / SiyasətMEDİA müsabiqə elan etdi: Qəzetlərə maliyyə yardımı üçün
Gündəm / CəmiyyətMaliyyə Nazirliyi kommersiya təşkilatlarına və publik hüquqi şəxslərə müraciət edib
İqtisadiyyat