Gündəm / Sosial
01 dekabr 2022
10
Axtarışda olan 3 azərbaycanlı Rusiyada tutuldu
Beynəlxalq axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, Azərbaycan vətəndaşları Dadaşev Emil Ələkbər oğlu, Əzimov Ədalət Əzim oğlu və Mirzəyev Elçin Mirzə oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunub.
Hər 3 şəxsin Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarış elan edilib.
Noyabrın 30-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə qeyd edilən şəxslər Rusiyadan Azərbaycana gətiriliblər.

Daha çox xəbər:

Beynəlxalq axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edildi
Gündəm / Hadisə
Axtarışda olan azərbaycanlı Ukraynada tapıldı
Gündəm / Hadisə
Hərbçi yoldaşını qətlə yetirən şəxs TUTULDU
Gündəm / Hadisə
Əvəz Zeynallı ilə Elçin Sadıqovun həbsi barədə - Rəsmi məlumat
Gündəm / Cəmiyyət
Prokurorluq generalın hansı maddələrlə ittiham olunduğunu AÇIQLADI
Gündəm / Hadisə