Gündəm / Siyasət
05 dekabr 2022
14
İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib.
İqor Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edildi, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olundu.
Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edildi.
Daha çox xəbər:
İlham Əliyev İqor Babuşkini qəbul etdi - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev İqor Babuşkini qəbul etdi - YENİLƏNİB
Gündəm / SiyasətPrezident Aleksey Overçuku qəbul edib - YENİLƏNİB
Gündəm / SiyasətPrezident Andrey Belousovu qəbul edib
Gündəm / Siyasətİlham Əliyev türkiyəli naziri qəbul edib
Gündəm / Siyasət