Gündəm / İqtisadiyyat
05 dekabr 2022
9
Naxçıvanda DGK-nın ləğvi ilə əldə edilən 53 milyon manatın taleyi necə olacaq?
Naxçıvan Muxtar Respublikasında Dövlət Gömrük Komitəsinin ləğv olunub yeni Baş Gömrük İdarəsinin yaradılması ilə 53,2 mln. manat daxilolmanın dövlət büdcəsinə aid edilməsi vacib hesab edilir.
“APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.
Nazir bildirib ki, Baş idarənin saxlanmasına 20,1 milyon manat ayrılacaq:
“Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının maliyyələşməsi mərkəzləşmiş xərclərə ötürülüb. Orada aparılacaq işlər nəticəsində optimallaşmanı görəcəyik. Xərclərdə hər hansı bir qənaət olduğu halda daha az transfert veriləcək. Bunu tənzimləyəcəyik. Dotasiya ilə bağlı isə hər hansı tələsik qərar qəbul edilməsi məqsədəuyğun deyil”.

Daha çox xəbər:

“Xanoba” gömrük postunda tikinti işlərinin aparılmasına 4 milyon manat ayrılıb
Siyasət / İqtisadiyyat
Naxçıvan necə talan edilib? - VİDEO
Gündəm / Video
Naxçıvan Dövlət Gömrük Komitəsi ləğv edildi
Gündəm / Siyasət
DTX Naxçıvanda həbslərə başladı - 132 milyonluq yeyinti
Gündəm / Hadisə
144 milyonu mənimsəyən nazirin “qənaət çıxışı” - Video
Gündəm / Cəmiyyət