Gündəm / Cəmiyyət
06 dekabr 2022
13
Erməni deputat: "Laçın dəhlizinin bağlanması bizim üçün qəbuledilməzdir"
“Rusiya sülhməramlıları ilə dəhliz boyu insidentin bir daha təkrarlanmamasını təmin etməliyik”.
Bunu dekabrın 6-da ATƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyəti üzvlərinin mətbuat konfransında parlamentin xarici əlaqələr daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Eduard Ağacanyan deyib.
“Laçın dəhlizinin azərbaycanlılar tərəfindən “bağlanması” mübahisəlidir.
9 noyabr bəyanatının müvafiq bəndində deyilir ki, Laçın dəhlizi yalnız Rusiya sülhməramlılarının nəzarəti altında fəaliyyət göstərməli və Ermənistanla Qarabağ arasında əlaqə maneəsiz olmalıdır. Bu kontekstdə hər hansı maneə törədən hadisə və ya detal bizim üçün qəbuledilməzdir. Bir neçə gün əvvəl Laçın dəhlizi ərazisində baş verənlər və nəticədə onun faktiki olaraq bağlanması təbii olaraq mübahisə doğurur. Düşünürük ki, Rusiya sülhməramlı missiyası ilə birlikdə belə halların bir daha təkrarlanmaması üçün əlimizdən gələni etməliyik”, – deyə Ağacanyan bildirib.KONKRET.az
Daha çox xəbər:
Laçın ermənilər üçün BAĞLANDI
Gündəm / CəmiyyətYeni dəhliz açılır, Laçın şəhəri tezliklə Azərbaycana QAYTARILIR
Gündəm / Siyasət“Caliber”: Laçın dəliyi, erməni yaraqlıları və Qarabağdakı “sülhməramlı” özbaşınalıq - VİDEO
Gündəm / SiyasətÜçtərəfli Bəyanatın imzalanmasından bir il ötdü
Gündəm / SiyasətSülhməramlıların Laçın dəhlizindəki postları SÖKÜLÜR - VİDEO
Gündəm / Video