Gündəm / Şou
09 dekabr 2022
15
“Biletim.az” portalı istifadəyə verilir - FOTOLAR

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində nəqliyyat sisteminin təkmilləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsilə bağlı tədbirləri davam etdirir.
AYNA-nın göstərdiyi xidmətlərin elektronlaşdırılması, eləcə də bu sahədə rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı istifadəyə verilir. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması və s. baxımından bir sıra üstünlüklərə malikdir. Onlayn bilet sistemi bu sahədə xidmət göstərən bütün daşıyıcıları və avtovağzalları mərhələli şəkildə əhatə edəcək.
Sistemin “Biletim” mobil tətbiqi də istifadəyə verilir. Mobil cihazlar üçün tətbiqi “App Store” və “Google Play”dan yükləmək mümkündür.
Biletlər 10 gün əvvəldən satışa çıxarılacaq.
Sərnişinlər bilet əldə etmək üçün “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. QR-kod əsaslı bilet kağız və ya elektron formatda səyahət öncəsi təsdiq üçün sürücüyə və ya perron nəzarətçisinə təqdim olunmalıdır.
Vətəndaşlar 15 dekabr tarixindən etibarən “biletim.az” portalı üzərindən onlayn biletləri əldə edə bilərlər.











Daha çox xəbər:

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Gündəm / Cəmiyyət
Bakı-Şuşa reyslərinin sayı artırıldı
Gündəm / Cəmiyyət
Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı
Gündəm / İqtisadiyyat
Bu daşımaları tənzimləyən icazə sistemi tətbiq ediləcək
Gündəm / Cəmiyyət
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu DƏYİŞDİ
Gündəm / Cəmiyyət