Gündəm / Cəmiyyət
09 dekabr 2022
13
Əhməd İsmayılov: “İnformasiyalaşma prosesi bütün ölkələri əhatə etməkdədir”
“Qloballaşan dünyada yüksək sürətlə baş verən informasiyalaşma prosesi demək olar bütün ölkələri əhatə etməkdədir. Lakin belə şərait heç də bütün ölkələr üçün bərabər şərtlər təqdim etmir. Böyük və informasiya texnologiyaları cəhətdən daha çox inkişaf etmiş dövlətlər bu sahədə daha qabaqcıl mövqelərdə dayanmaqla nüfuz və təsir imkanlarını mümkün qədər geniş dairəyə tətbiq etməyə çalışırlar”.
Bu fikirləri Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Media savadlılığı” konfransında deyib.
O qeyd edib ki, hazırda elektron informasiya cəmiyyətinin əhatə dairəsinin sürətlə genişlənməsi, rəqəmsal reallıq şəraitində məlumatlara əlçatanlığın asanlaşması, cəmiyyətin məlumatın obyektiv tərəfini müəyyənləşdirməkdə çətinliklərlə qarşılaşması media savadlı istehlakçıların yetişdirilməsinə zərurət yaratmaqla yanaşı, medianın öz peşəkar funksiyasını səmərəli yerinə yetirməsi istiqamətində ardıcıl və təxirəsalınmaz addımların atılmasını tələb edir. “Ölkəmizdə media savadlılığının artırılması, media kontentinin dəyərləndirilməsi ilə bağlı geniş və davamlı xarakter daşıyan maarifləndirmə işlərinin aparılması prioritet məsələlər sırasındadır. Media sahəsində həyata keçirilən islahatlar mahiyyət etibarilə özündə bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarının, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı, yayımı və sair kimi məsələlərin daha təkmil formada nizamlanmasına yönəlmiş tədbirləri ehtiva edir”, - deyə MEDİA-nın rəhbəri bildirib.
Daha çox xəbər:
"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Gündəm / CəmiyyətƏhməd İsmayılov MEDİA könüllüləri ilə görüşdü - FOTOLAR
Gündəm / Cəmiyyət"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Gündəm / CəmiyyətMedia Reyesteri nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA
Gündəm / CəmiyyətMEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
Cəmiyyət