Cəmiyyət
17 iyun 2022
912
MEDİA-da Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
İyunun 17-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Qazaxıstan Respublikasının İnformasiya Komitəsinin sədri Kanat İskakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əhməd İsmayılov ölkələrimiz arasında media sahəsində effektiv əməkdaşlığın qurulduğunu, xüsusən də Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq dəyərlərimizə söykənən bu əlaqələrin inkişaf etdirilməsinin ciddi perspektivləri olduğunu bildirib.
Kanat İskakov rəhbərlik etdiyi qurum, habelə ölkəsində media qanunvericiliyinin yenilənməsi istiqamətində görülən işlər barəsində məlumat verib və bu baxımdan “Media haqqında” Azərbaycan Respublikası Qanununun nümunə olaraq öyrənilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Qazaxıstan Respublikaları arasında informasiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi, iki ölkənin media subyektlərinin qarşılıqlı əlaqələrinin qurulması və inkişafı istiqamətində maraq doğuran məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət"Azərbaycan mediası ciddi islahatlar dönəmini yaşayır" - Əhməd İsmayılov
Cəmiyyət"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Gündəm / Cəmiyyət"Metrix.az" layihəsinin təqdimat mərasimi keçirildi - FOTOLAR
Gündəm / Cəmiyyət“Media və kommunikasiya siyasəti medianın gözü ilə” seminarları başladı
Cəmiyyət