Gündəm / Cəmiyyət
24 yanvar 2022
49
"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Müharibədən sonrakı reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Postmünaqişə və postmüharibə dövründə bu mövzuda təlimlərin təşkili mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə böyük ehtiyac duyulur.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.
O vurğulayıb ki, mediamız peşakar davranmalıdır: "Eyni zamanda, media nümayəndələrimiz zəruri məlumatlarla təmin edilməlidir. Jurnalistlərimizin fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmamalıdir. Bu platformanı öz üzərimizə götürəcəyik və bu proses davam etdiriləcək.
Bu platforma həm jurnalistlərin peşəkarlığının artırılmasına, həm də ümumi işimizə fayda verəcək. Təlimlərə xarici mütəxəssislər də cəlb olunacaq. Düşünürəm ki, təlimlərdən sonra yazıların keyfiyyəti daha da yaxşılaşacaq və daha səmərəli olacaq. Eyni zamanda informasiya sərhəd tanımır. Bunun üçün isə xarici dilli jurnalistikanın inkişafına ehtiyac var".
Daha çox xəbər:
"Jurnalistlər zəruri məlumatlarla təmin edilməlidir" - Əhməd İsmayılov
Gündəm / CəmiyyətMEDİA-da Vətən müharibəsində iştirak edən jurnalistlərlə görüş keçirildi
Gündəm / CəmiyyətAzərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində
Gündəm / CəmiyyətMedianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLAR
Gündəm / ŞouƏhməd İsmayılovdan media sahəsində aparılan islahatlarla bağlı AÇIQLAMA
Gündəm / Cəmiyyət