Gündəm / Şou
04 oktyabr 2021
35
Medianın İnkişafı Agentliyində təlim keçirilir - FOTOLAR
Oktyabrın 4-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb.
Təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb.
Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın 8-dək davam edəcək. İngilis dilində təşkil olunan təlimdə jurnalistlər üçün Azərbaycan dilində sinxron tərcümə imkanı yaradılıb.
Qeyd edək ki, İngiltərədə yerləşən “Lazarus Training” təşkilatı müxtəlif qurumlar və şirkətlər üçün ilkin tibbi yardım və tibbi təhsil üzrə təlimlərin keçirilməsi sahəsində ixtisaslaşıb.
Daha çox xəbər:
Azərbaycanlı jurnalistlər “Hərbi Jurnalistika” təlimlərində
Gündəm / CəmiyyətAnkarada “Hərbi jurnalistika” təlimi başladı
Gündəm / Şou“ASAN Könüllüləri” Təşkilatı “Coca Cola Fondu” ilə birgə sosial yardım layihəsinə başlayır
Cəmiyyət / SosialUşaq, tələbə və hamilələr üçün icbari tibbi sığorta pulsuz olacaq
SəhiyyəMüəllimlərin maaşı ilə bağlı VACİB XƏBƏR - AZALMA OLACAQ?
Gündəm / Təhsil