Gündəm / Təhsil
31 avqust 2020
61

Müəllimlərin maaşı ilə bağlı VACİB XƏBƏR - AZALMA OLACAQ?

Müəllimlərin maaşı ilə bağlı VACİB XƏBƏR - AZALMA OLACAQ?

Milliinfo.az

Baş nazir Əli Əsədov "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə qərar imzalayıb.

Qərara əsasən, ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) üzrə – 2020-ci il oktyabrın 1-dən;

Ümumi təhsilin ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə – 2020-ci il oktyabrın 1-dən;

Ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə – 2020-ci il oktyabrın 15-dən dəsrlərin keçirilməsinə başlanılacaq.

Təhsil naziri Emin Əmrullayev məktəbin yerləşdiyi ərazi epidemioloji qurumlar tərəfindən təhlükəli, yaxud nisbətən təhlükəli hesab edilirsə, həmin ərazidə şagirdlərin həftədə 2 dəfə, uzun müddətdir yoluxma qeydə alınmayan bölgələrdə isə 3 dəfə dərsə getmələrini planlaşdırdıqlarını bildirib.

Bəs, yeni qərarın müəllimlərin maaşına təsiri olacaqmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov yeni qərarın müəllimlərin maaşına təsiri olmayacağını bildirib:

"Əgər qrupda şagird sayı çoxdursa, onlar iki hissəyə bölünəcək. Qrup bölündükdən sonra 1, 3, 5 bir qrup, 2, 4, 6 bir qrupa dərslər ənənəvi qaydada keçiriləcək, digər günlər isə dərslər onlayn şəkildə keçiriləcək. Müəllimlər tam şəkildə tədris prosesində iştirak edəcəklər və tam dərs saatının əmək haqqısını alacaqlar. Hazırki qərarda müəllimlərin maaşlarında hər hansı bir azalma nəzərdə tutulmayıb”.