Təhsil
27 avqust 2020
70
Təhsil naziri məktəblərin açılmasından danışdı
Millinfo.az
"Məktəbəhazırlıq və icma əsaslı məktəbəqədər tədris oktyabrın 1-də həftədə iki dəfə başlaması planlaşdırılır"."Report" xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
"Prosesin noyabr ayının 2-nə kimi davam etməsi nəzərdə tutulur", - nazir əlavə edib.
E.Əmrullayev qeyd edib ki, sentyabrın 15-dən I-IV siniflər üçün ənənəvi qaydada dərslər başlayacaq:
"Dərslərin həftədə 2-3 dəfə olması təklif edilir. V-IX siniflərdə isə tədris distant tətbiq olunacaq.
X-XI siniflər üçün əyani dərs oktyabrın 1-dən başlaması düşünülür. Həmin müddətdən sonra 1 milyon 300 min şagirdin məktəbə qaytarılması mümkün ola bilər".

Daha çox xəbər:

Nazir yeni tədris ili ilə bağlı hazırlanan təkliflərə münasibət bildirdi
Təhsil
AFR-in Təhsil Nazirliyi uşaqları yay tətilindən məhrum etməyin əleyhinədir
Dünya / Təhsil
Pekinin orta məktəblərində dərslər bərpa olunur
Dünya / Təhsil
Aprelin 20-də tədris proqramına uyğun teledərslər təqdim edilib
Gündəm / Sosial / Təhsil
Yeni dərs ilində siniflər belə olacaq - FOTO
Təhsil