Dünya / Təhsil
28 aprel 2020
43

AFR-in Təhsil Nazirliyi uşaqları yay tətilindən məhrum etməyin əleyhinədir

Milliinfo.az

AFR-in Təhsil Nazirliyi uşaqları yay tətilindən məhrum etməyin əleyhinədir



AFR-in Təhsil Nazirliyi uşaqları yay tətilindən məhrum etməyin əleyhinədir


AFR-in Təhsil Nazirliyi itirilən vaxtın əvəzini çıxmaq üçün tədris həftəsini uzatmaq və şənbə günləri də dərs keçmək barədə təkliflə çıxış edib.

AZƏRTAC xəbər verir ki, ölkənin təhsil naziri Anna Karliçek bu barədə alman televiziyasında çıxışında danışıb. O bildirib ki, uşaqlar yaranmış böhrana görə əziyyət çəkməməli və yay mövsümündən məhrum edilməməlidir. Nazir şənbə günü də daxil olmaqla tədris həftəsini uzatmağı, amma yay tətilini şagirdlərin ixtiyarına buraxmağı təklif edib.

Tədris planını başa vurmaq üçün yay tətilinin ləğv edilməsi barədə səslənən çağırışlara cavab olaraq nazir uşaqların həftədə üç dəfə məktəbə getməsini, həftənin qalan üç günü isə evdə dərs keçməsini məqbul saydığını deyib. O, yay tətillərinin hər hansı formada ləğvinə qarşı çıxdığını vurğulayıb. Bununla yanaşı, Anna Karliçek hesab edir ki, yay tətili ərzində yalnız hər şagirdin arzusu ilə bir neçə kurs məşğələ keçmək olar