Gündəm / Cəmiyyət
14 dekabr 2022
10
Şuşa-Xankəndi yolunda etirazların üçüncü günü - CANLI YAYIM
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
48 saata yaxın davam edən aksiyada yüzlərlə fəal iştirak edir.
Etirazçılar Xankəndiyə gedən yolu kəsərək Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Daha çox xəbər:
Şuşa-Xankəndi yolunda etirazların ikinci günü - CANLI YAYIM
ŞouAzərbaycan sülhməramlıların yerləşdiyi ərazilərdə monitorinqə BAŞLAYIR
Gündəm / İqtisadiyyatAzərbaycan rəsmiləri Xocalıda sülhməramlılarla nəyi müzakirə edib?
Gündəm / Siyasət"Laçın dəhlizi": Jurnalistlərimiz və QHT-lər rus sülhməramlıları ilə toqquşdu: VİDEO, CANLI YAYIM
Gündəm / Cəmiyyət / VideoLaçın dəhlizindəki sıxlığın səbəbi məlum oldu - Yenilənib
Gündəm / Siyasət