Gündəm / Dünya
19 dekabr 2022
9
Ermənilərin Xocavənddəki postunda MİNA PARTLAYIŞI

Dekabrın 18-də günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycanın Qarabağ iqtisadi zonasının Xocavənd rayonu istiqamətində qanunsuz erməni silahlı dəstəsinin postlarından birində mina partlayışı baş verib.
"Unikal"ın məlumatına görə, partlayış nəticəsində qanunsuz dəstənin iki üzvü ağır yaralanıb. Yaralılar Xocavənddəki mülki xəstəxanaya yerləşdiriblər.
Məlumatda o da qeyd olunur ki, dəstənin Samvel adlı üzvü üz nahiyəsindən çoxsaylı qəlpə yarası alıb və bir ayağı amputasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən qanunsuz erməni silahlı dəstəsinin digər üzvü isə baş və diz nahiyəsindən çoxlu qəlpə yarası alıb.

Daha çox xəbər:

Kəlbəcərdə qəlpə yarası alan mülki şəxslərin vəziyyəti...
Gündəm / Cəmiyyət
Ermənilər sülhməramlıların olduğu ərazidə TƏXRİBAT TÖRƏTDİ
Gündəm
Ermənistan ordusunun iki əsgəri partlayış nəticəsində xəsarət alıb
Dünya
Ordumuz erməni mövqelərinə dəqiq zərbələr endirir - Rəsmi
Gündəm / Siyasət
Azərbaycan Ordusunun mövqeləri ATƏŞƏ TUTULDU
Gündəm / Cəmiyyət