Gündəm / Cəmiyyət
20 dekabr 2022
13
Parlamentdə Fransa Korsika ilə “vuruldu”: BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılsın
“Heç kimin ixtiyarı yoxdur ki, ümumbəşəri dəyərləri özününküləşdirsin və demokratiya adı altında digərlərinə dərs keçsin”.
Bunu Milli Məclisin iclasında deputat Səməd Seyidov Fransanın Azərbaycana qarşı verdiyi bəyanatlara münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, Fransa insanlıq əleyhinə bütün cinayətlərdə hədləri aşıb.
“Bu gün Fransa öz siyasətinin davamı olaraq Korsikada güc tətbiq edir, aksiya iştirakçılarına işgəncələr verilir.
Biz Fransaya çağırış edirik ki, Korsikada insan hüquqlarına hörmətlə yanaşsın. Təklif edirik ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının iclasında da qaldırılsın”, - deyə o əlavə edib.
Bildirək ki, rəsmi Paris Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində İrəvanın mövqeyindən çıxış edən bəyanatlar verir.
Xatırladaq ki, Korsika adasında Fransa hökuməti əleyhinə mitinqlər keçirilir. Fransanın erməniləri dəstəklədiyi təqdirdə, müstəqillik üçün nümayişlər edən korsikalıları həbs etməsi Fransada etirazlar yaradıb.
Fransa Korsikanın müstəqilliyini tanımaqdan imtina edir.
Daha çox xəbər:
"Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkarlansa dondurulsun" - BƏYANAT
Gündəm / SiyasətParlamentdə bəyanatın hazırlanması üçün komissiya yaradıldı - YENİLƏNİB
Gündəm / SiyasətFransa Milli Assambleyası Azərbaycan əleyhinə qətnamə qəbul etdi
SiyasətAzərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında ikiüzlü Fransaya yer yoxdur - TƏHLİL
Gündəm / SiyasətKorsika adasına dizə qədər qar yağıb - Video
Dünya