Gündəm / Hadisə
22 dekabr 2022
11
Bakı aeroportunda Banqladeş vətəndaşından 20 pasport götürüldü

“Azərbaycan Hava Yolları”nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda 22 dekabr 01:05 radələrində keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.
Bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb.
Bildirilib ki, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycana gətirib.
Habelə pasportlara baxış keçirən zaman Serbiyanın saxta vizaları da aşkar edilib.
Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.

Daha çox xəbər:

Bakı aeroportunda tapançalı şəxs tutuldu
Gündəm / Hadisə
Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri olub
Gündəm / Siyasət
Xəzərin Azərbaycan sektorunda 6 ədəd gəmi minası aşkarlanıb, hərəkət dayandırılıb
Hadisə
Abşeronda polis əməliyyat keçirdi
Gündəm / Hadisə
Bakıda OLAY: Polis vətəndaşı silahla zərərsizləşdirdi
Gündəm / Cəmiyyət