Gündəm / Cəmiyyət
26 dekabr 2022
8
“Başqası olsaydı, bəlkə də haqqın rəhmətinə qovuşmuşdu”
Ötən gün müğənni Ayaz Babayevin “Dəniz Mall” ticarət mərkəzində baş tutan konsertində hovuza yıxılan və boğulma təhlükəsi ilə üzləşən fotoqraf Tariyel Hüseynov hadisə ilə bağlı danışıb.
O, sosial şəbəkə hesabında suya düşməsini şou adlandıranlara belə reaksiya verib:
“Sözüm “şoudur”, - deyib gülənlərədir. Allah heç kimə o anı yaşatmasın. Düşünün, üzməyi bilməyən, ürəyində problemi olan adam və bir dəqiqə suda qalmaq... Sadəcə Allahın möcüzəsi oldu. Fotoaparatı da buraxmamağıma səbəb o oldu ki, düşündüm ki, çıxacağamsa, aparatı da xilas edərəm bəlkə. Həmin anın şoku, stresi və s. sözlə ifadə etsəm də, anlamazsınız. Yerimdə başqası olsaydı, bəlkə də haqqın rəhmətinə qovuşmuşdu. Hər şey “Çukur” serialındakı “Sena”nın ölümü kimi idi. Göz görə-görə heç nə edə bilmirdilər. Onsuz da hamı məni xilas etmək üçün özünü suya atardı. Bəlkə də məni çıxarmaq üçün hovuza tullansaydılar, özləri batardılar. Yaxşı ki, üzməyi bacarmayan kimsə özünü hovuza atmadı. Şükür, hər şey yaxşı qurtardı”.
Müğənni Ayaz Babayev də bununla bağlı paylaşım edib: “Bəzi insanlar məni qınadı ki, niyə suya tullanmadım? Beldən aşağı suya girə bilmirəm, üzməyi bacarmıram və üstəlik elə bir şok yaşadım ki, 28 ilimin ən bərbad günü oldu. Mühafizə orada idi, müdaxilə edirdilər”.
“Qafqazinfo”
Daha çox xəbər:
İtləri xilas etmək istəyən model faciəvi şəkildə öldü
DünyaHəbsdən çıxan prodüser Təranədən ŞOK SÖZLƏR: "Məni axtarmayın, çünki..." - FOTO
ŞouKərimdən duyqusal paylaşım — "Məni yetim qoyub getdin"
ŞouAzərbaycanlı qız yanan təyyarədə ölməkdən möcüzə nəticəsində xilas oldu
HadisəEvli olan azərbaycanlı qadın özünü bakirə qız kimi qələmə verib ərə getdi, olanlar oldu - FOTO
Hadisə