Gündəm / Dünya
26 dekabr 2022
10
Putinin İlham Əliyev və Paşinyanla ayrıca görüşü olacaq

MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Xeyr, üçtərəfli görüş olmayacaq, lakin bu qeyri-rəsmi görüş çərçivəsində ikitərəfli əlaqələr şübhəsiz ki, baş tutacaq", - o vurğulayıb.
Qeyd edək ki, dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin qeyri-rəsmi sammiti keçiriləcək. Hər iki ölkə liderləri sammit üçün Rusiyaya səfər edib.

Daha çox xəbər:

Bu gün MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
Gündəm / Siyasət
Kremldən Əliyev-Putin-Paşinyan görüşü barədə AÇIQLAMA
Gündəm / Cəmiyyət
İlham Əliyev bu gün MDB-nin sammitində iştirak edəcək
Gündəm / Siyasət
İlham Əliyev Sankt-Peterburqda səfərdədir
Gündəm / Siyasət
Putin MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək
Gündəm / Cəmiyyət