Gündəm / Cəmiyyət
29 dekabr 2022
12
Hava və iqlim dəyişmələrinə dair Dövlət Proqramı hazırlanır
Qarşıdakı dövrlərdə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı adlı iki məqsədin reallaşdırılması nəzərdə tutulur.
Bu barədə ETSN-dən məlumat verilib.
Nazirliyin Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, Milli Prioritetlər sənədinə əsasən hazırlanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunan atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına və iqlim dəyişmələri ilə bağlı hədəflərə nail olmaq məqsədilə “Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması və iqlim dəyişmələrinə dair Dövlət Proqramı”nın hazırlanmasına başlanıb.
“Dövlət Proqramının qəbul edilməsi atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılmasına, həmçinin iqlim dəyişmələri ilə bağlı qlobal çağırışların milli səviyyədə icrasını təmin etmək üçün vahid proqram əsasında sistemli tədbirlərin həyata keçirilməsinə şərait yaradacaq."
F.Mütəllimovun sözlərinə görə, Dövlət Proqramında bu sahələr üzrə qanunvericiliyin qabaqcıl beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, atmosfer havasına mənfi təsirlərin azaldılması, monitorinq və nəzarət şəbəkəsinin genişləndirilməsi, dəqiq və etibarlı məlumat sisteminin qurulması, iqlim dəyişmələrinə adaptasiya potensialının gücləndirilməsi, atmosferə atılan tullantıların idarə olunması sisteminin inkişaf etdirilməsi, ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə kimi prioritet istiqamətlər müəyyən edilib.
Daha çox xəbər:
Prezidentdən 2022-2026-cı illəri əhatə edən SƏRƏNCAM
Gündəm / SiyasətPrezident Böyük Qayıdışa dair I Dövlət Proqramını təsdiq edib - SƏRƏNCAM
Gündəm / SiyasətSıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə imzalanıb
Gündəm / Siyasətİqtisadiyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv olundu
Gündəm / İqtisadiyyatİki yeni tədqiqat universiteti yaradılacaq
Gündəm / Cəmiyyət