Gündəm / Siyasət
30 dekabr 2022
17
Prezident 2023-cü il dövlət büdcəsini təsdiqlədi

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "2023-cü il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
Gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.
Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.
Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.
Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.

Daha çox xəbər:

İşsizlikdən sığortanın gəlir və xərcləri 1 milyon artırılıb
Gündəm / Siyasət
Parlament büdcənin icrasını qəbul etdi
Gündəm / İqtisadiyyat
Komitə sədri dövlət büdcəsinə edilən dəyişiklikləri AÇIQLADI
Gündəm / Cəmiyyət
Prezident dövlət büdcəsi haqqında qanunu təsdiqlədi
Gündəm / Siyasət
Sabah gələn ilin büdcə müzakirəsi başlayır
Gündəm / Siyasət