Gündəm / Hadisə
03 yanvar 2023
5
DYP dəhşətli qəza ilə bağlı açıqlama yaydı

Baş DYP İdarəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunda baş verən dəhşətli qəza ilə bağlı açıqlama yayıb.
Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev açıqlamasında bildirib ki, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
İlkin məlumata görə, hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaqdaşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilib.
Hadisə nəticəsində ilkin məlumata görə, 1 nəfər dünyasını dəyişib.
DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər. Hadisə barədə ətraflı məlumat veriləcək.

Daha çox xəbər:

Bakı-Quba yolunda dəhşətli qəza - 6 nəfər öldü + Fotolar
Gündəm / Hadisə
Bakı-Ələt yolunda DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı
Gündəm / Cəmiyyət
Türkiyədə DƏHŞƏTLİ QƏZA: 15 ölü, 22 yaralı
Gündəm / Dünya
Partlayışla bağlı iki nazirlikdən açıqlama
Gündəm / Hadisə
Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı - Yenilənib
Gündəm / Hadisə