Gündəm / Hadisə
02 yanvar 2023
16

Partlayışla bağlı iki nazirlikdən açıqlama

Partlayışla bağlı iki nazirlikdən açıqlama


Xəbər verdiyimiz kimi, bu gün Bakıda yaşayış binasında partlayış olub.

Baş verən hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, bu gün saat 16:00 radələrində Binəqədi rayonu S.Məmmədova küçəsində hündürmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış olması ilə bağlı polisə məlumat daxil olub.

Polis aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə hadisə yerinə cəlb edilib.

Təhlükəsizlik tədbirləri görülür.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Həmçinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, partlayış nəticəsində yanğın hadisəsi baş verməyib.

Əlavə məlumat veriləcək.