Gündəm / İqtisadiyyat
03 yanvar 2023
4
Bu ildən ƏDV-nin neçə faizi geri qaytarılacaq?
"Yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də ƏDV-ni geri al qaydaları ilə bağlıdır".
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu aydan etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15.0 deyil, 17.5 faizi geri qaytarılacaq:
"Eyni zamanda, nağd şəkildə ödəniş edənlər ƏDV-nin 10.0 deyil, 5.0 faizini geri ala biləcəklər. İşğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün isə ƏDV-nin 30.0 faizi geri qaytarılacaq. Bütövlükdə, Qarabağ və Şərqi Zəngəzurda yanvarın 1-dən etibarın 10 illik geniş miqyaslı güzəştlərin tətbiqinə start verildi. Bu isə o deməkdir ki, plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza bu ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan, nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğun və eləcə də iqtisadiyyatın leqallaşması baxımından çox vacibdir. ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılmasıdır. Bu, iqtisadiyyatın ağardılması və islahatların dərinləşdirilməsi baxımından vacib idi. Vergi Məcəlləsinə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və real sektorun bu imkanlardan faydalanmasına imkan yaradacaq".
Daha çox xəbər:
Vətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
Gündəm / Cəmiyyət100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV ala bilərik - Yenilik
Gündəm / CəmiyyətEv alanlara ƏDV necə qaytarılacaq? - Deputatdan İZAH
İqtisadiyyat“Kapital Bank”ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq
İqtisadiyyatƏDV-dən geri ödənilən vəsaitlər nə zaman qaytarılacaq?
İqtisadiyyat