Gündəm / Cəmiyyət
03 yanvar 2023
4
Azərbaycanda ətin kilosu 20 manat oldu

Azərbaycanda ətin qiyməti kəskin artıb. Hazırda paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılır.
Yenisabah.az-ın bu gün Bakı bazarlarında monitorinq aparan əməkdaşı qiymət artımının səbəbləri ilə maraqlanıb.
Satıcılar ətin bahalaşmasını bu məhsula tələbatın artmasıyla əlaqələndiriblər. Onların sözlərinə görə, Yeni il ilə əlaqədar olaraq ət satışı kəskin artıb. Nəticədə, təkcə kəsilmiş deyil, hətta diri heyvanlar da bazara çıxarılaraq satılıb.
Satıcılar deyiblər ki, ətin bahalaşmasının digər səbəbi isə son 3 gündə rayondan Bakıya xırdabuynuzlu və iribuynuzlu heyvanların gətirilməməsidir. Bu, bazarlarda ət çatışmazlığı yaradıb.
Satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildiriblər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq.
Yenisabah.az

Daha çox xəbər:

Azərbaycanda ətin qiyməti BAHALAŞDI
Gündəm / Cəmiyyət
Qurban bayramında ətin qiyməti bahalaşacaq? - VİDEO
Gündəm / Cəmiyyət
Qurbanlıqların qiyməti kəskin artdı: Nazirliyin təşkil etdiyi 90-95 manatlıq quzular artıq olmayacaq
Gündəm
Ətin qiymətində növbəti artım - bahalaşma davam edəcək ...
Gündəm / Cəmiyyət
“Ətin qiyməti yenə artacaq” - Bahalaşma ANONSU
Sosial