Gündəm / Siyasət
04 yanvar 2023
7
İran səfiri Azərbaycanla münasibətlərə görə Tehrana çağırıldı
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana gedib.
Bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb. Səfir iki ölkə və ikitərəfli münasibətlərdə son hadisələrlə bağlı nazirə hesabat təqdim edib.
Görüşdə Hüseyn Əmir Abdullahian İran Hökumətinin qonşularla sıx və yaxşı münasibətlər siyasəti kontekstində iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətini vurğulayıb. Eləcə də Müştərək Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi istiqamətində lazımi göstərişləri verib.
Daha çox xəbər:
Ceyhun Bayramov İranın yeni səfiri ilə görüşüb
Siyasət / DünyaPrezidentin köməkçisi İran səfiri ilə görüşdü - Foto
CəmiyyətXİN sözçüsü: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə heç bir sərhəd tanımır
Siyasət / DünyaXarici İşlər Naziri Ceyhun Bayramov İran islam Respublikasının yeni səfirinin etimadnaməsini qəbul etdi
Gündəm / Cəmiyyətİran Təbrizdə Ermənistan konsulluğunun açılmasına razılıq verdi
Gündəm / Dünya