Gündəm / Cəmiyyət
06 yanvar 2023
7
Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda müşavirə keçirir
Naxçıvan Muxtar Respublikada ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilir.
“Nuhçıxan” xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrının binasında keçirilən müşavirənin gündəliyində duran əsas məsələ təsərrüfat başına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələrin müəyyən edilməsidir.
Müşavirədə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikası Prezident administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini İbrahim Mustafayev, Azərbaycan Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov və Azərbaycan Dövlət Statistika Komitəsinin şöbə müdiri Gündüz Məmmədov iştirak edirlər.
Daha çox xəbər:
Prezident onu Naxçıvana səlahiyyətli nümayəndə TƏYİN ETDİ
Gündəm / SiyasətPrezidentin səlahiyyətli nümayəndəsi Naxçıvanda ordunun fəaliyyəti ilə MARAQLANDI
Gündəm / SiyasətFuad Nəcəfli Culfada vətəndaşların problemlərini dinləyib
Gündəm / CəmiyyətSamir Nuriyev Fuad Nəcəflini Naxçıvan ictimaiyyətinə təqdim etdi - Fotolar
Gündəm / Siyasətİlham Əliyev Naxçıvandakı nümayəndəsinə bu TAPŞIRIQLARI VERDİ
Gündəm / Siyasət