Gündəm / Dünya
11 yanvar 2023
9
İsrail prezidenti Ərdoğanı ölkəsinə dəvət etdi

Türkiyənin Tel-Əvivdəki səfiri Şakir Özkan Torunlar etimadnaməni İsrail prezidenti İsaak Hersoqa təqdim edib.
Şakir Özkan Torunlar İsrail prezidentinin Qərbi Qüdsdəki iqamətgahında keçirilən mərasimdə Hersoq tərəfindən qəbul edilib.
O, görüş zamanı Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı ölkəsinə səfərə dəvət edib. İ.Hersoq dəvətini Türkiyənin Təl-Əvivdəki səfirinin etimadnaməsini qəbul edərkən çatdırıb.
Qeyd edək ki, ötən ilin avqustunda iki ölkə qarşılıqlı şəkildə səfir təyin etmək qərarına gəlib və İsrailin baş naziri Binyamin Netanyahu noyabrda keçirilən seçkilərdə qalib gəldikdən sonra Ankara ilə münasibətləri yaxşılaşdırmaq üçün Ərdoğanla razılaşıb.

Daha çox xəbər:

Ərdoğan İsrailə səfir TƏYİN ETDİ - FOTO
Gündəm / Dünya
İtaliya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Gündəm / Siyasət
Azərbaycan və İsrail Prezidentləri telefonla danışdı
Gündəm / Siyasət
Prezident Bilal Ərdoğanı qəbul edib - YENİLƏNİB
Gündəm / Siyasət
İlham Əliyev İsrailə səfərə dəvət olundu
Gündəm / Siyasət