Gündəm / Hadisə
14 yanvar 2023
9
Nənə və nəvənin öldüyü yanğının səbəbi məlum oldu

Bu gün səhər saatlarında Qusar rayonunun Yeni Həyat kəndində nənə və nəvənin ölümü ilə nəticələnən yanğının səbəbi məlum olub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, həyata keçirilən operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, evin birinci mərtəbəsində yerləşən odun sobasının istismarı qaydalarının pozulması səbəbindən baş verdiyi müəyyən edilib.
Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına, o cümlədən qızdırıcı cihazlardan təhlükəsiz istifadə qaydalarına ciddi əməl etməyə çağırır.

Daha çox xəbər:

Azərbaycanda DƏHŞƏT: Nənə və nəvəsi yanaraq öldü
Gündəm / Hadisə
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
Gündəm / Cəmiyyət
Şabrandakı yanğının söndürülməsinə amfibiya təyyarəsi də cəlb olundu
Gündəm / Hadisə
Zaqatalada yanğının söndürülməsinə 2 helikopter cəlb olundu - YENİLƏNİB
Gündəm / Cəmiyyət
FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT
Gündəm / Cəmiyyət