Gündəm / İqtisadiyyat
16 yanvar 2023
10
"İqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq" - Prezident
Biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik, enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir.
Bunu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında keçirilən Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlətimizin başçısı bildirib ki, bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir:
"Birincisi, bu, onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, onun sayəsində biz ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq”.
Daha çox xəbər:
"Şaxələndirmə enerji təhlükəsizliyinin ən vacib amillərindən biridir" - İlham Əliyev
Gündəm / Siyasətİlham Əliyev Bakı Enerji Həftəsinin açılışında iştirak edir - YENİLƏNİB
Gündəm / Siyasətİlham Əliyev Əbu-Dabi Davamlılıq Həftəsinin açılışında - CANLI
Gündəm / Siyasət"Avropanın enerji xəritəsini dəyişdirməyi bacardıq" - İlham Əliyev
Gündəm / SiyasətƏbu-Dabinin vəliəhdi İlham Əliyevə zəng etdi
Gündəm / Siyasət