Gündəm / Hadisə
19 yanvar 2023
8
Bakıda banka HÜCUM EDİLDİ

Bu gün saat 12 radələrində bir nəfər naməlum şəxs banklardan birinin Yasamal rayonu ərazisində yerləşən filialına gələrək əlindəki dəmir linglə oranın işçilərini hədələyərək pul tələb edib.
Orada xidmətdə olan DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşlarının operativ və çevik hərəkətləri sayəsində həmin şəxs tutularaq zərərsizləşdirilib.
Onun Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı İmran Əhmədov olması müəyyən edilib. Saxlanılan şəxsin üzərindən bir ədəd qaz tapançası, bir bıçaq və istifadə etdiyi dəmir ling polis əməkdaşları tərəfindən götürülüb.
Faktla bağlı Yasamal RPİ-də araşdırmalara başlanılıb.

Daha çox xəbər:

Bakıda OLAY: Polis vətəndaşı silahla zərərsizləşdirdi
Gündəm / Cəmiyyət
Bakıda qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
Gündəm / Hadisə
Bakıda üzərində silah və narkotik gəzdirən şəxs həbs olunub
Hadisə
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Hadisə
Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / Hadisə