Gündəm / Hadisə
19 yanvar 2023
8
Bakıda xəstə yardıma gələn həkimə bıçaqla hücum etdi

Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasının həkimi hücuma məruz qalıb.
Hadisə Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Saat 04 radələrində qəsəbədə yerləşən 20 saylı Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Prosedura uyğun olaraq həkim briqadası çağırışın daxil olduğu R.Rzayev küçəsi bina 20 ünvanındakı mənzilə gedib. Bu zaman xəstə tibbi yardımdan imtina edərək həkimə hücum çəkib, onun üzərinə bıçaq çıxararaq evdən getməsini tələb edib.
Məsələ ilə bağlı 20 saylı Təcili Tibbi Yardım Stansiyasının həkimi Orxan Ovçuyev polisə müraciət edib. O, xəstə tərəfindən təhqir edildiyini və bıçaqla hədələndiyini bildirib.
İlkin araşdırma nəticəsində hadisənin 1986-cı il təvəllüdlü A.Lazarev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
“Qafqazinfo”

Daha çox xəbər:

Bakıda təcili yardım avtomobili qəzaya düşdü
Hadisə
Azərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
Hadisə
Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı - Yenilənib
Gündəm / Hadisə
"Bolmart"da kütləvi ZƏHƏRLƏNMƏ
Gündəm / Cəmiyyət
Bakıda kişi sevgilisini əvvəlcə bıçaqladı, sonra təcili yardım çağırdı — TƏFƏRRÜAT
Hadisə