Gündəm / Cəmiyyət
24 yanvar 2023
10
Bakıda məktəbdə qızlar arasında dava düşdü - AÇIQLAMA

Bakı şəhəri, Xəzər rayonu R.M.Sadıqov adına 136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması iddia edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, məktəbli oğlan sevdiyi qızı başqası ilə danışdığına görə bıçaqlayıb.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
“136 nömrəli tam orta məktəbdə oğlanın sevgilisini bıçaqlaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Faktla bağlı araşdırma aparılır”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.

Daha çox xəbər:

Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi - DİN-dən açıqlama
Gündəm / Hadisə
Bakıda ərəb turistlər arasında dava oldu - RƏSMİ
Gündəm / Cəmiyyət
Siyəzəndə şagird məktəbdə bıçaqlandı
Gündəm / Hadisə
Bakıda tələbələr arasında dava - Ölən var
Hadisə
Bakıda bu məktəbdə koronavirusa KÜTLƏVİ YOLUXMA
Gündəm / Şou