Gündəm / Hadisə
25 yanvar 2023
9

Hərbi hissədə əsgər özünü güllələdi

Hərbi hissədə əsgər özünü güllələdi


N saylı hərbi hissədə əsgər özünü güllələyərək öldürüb.

Bu barədə Hərbi Prokurorluğun mətbuat katibi Firad Əliyev məlumat verib.

Belə ki, yanvarın 24-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Salahov Əkram Asim oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları araşdırmalara başlayıb.

Faktla bağlı özünü öldürmə həddinə çatdırma ittihamı ilə cinayət işi başlanıb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub. İstintaq davam etdirilir.