Gündəm / Siyasət
28 yanvar 2023
12
İlham Əliyev: "Bu qanlı terror hərtərəfli araşdırılmalıdır"

Prezident İlham Əliyev iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı zamanı Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Dövlət başçısı bu hadisəni şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib.
Dövlətimizin başçısı səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib.
Prezident İlham Əliyev terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.
Dövlətimizin başçısı diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.

Daha çox xəbər:

İsrail prezidenti İlham Əliyevə zəng etdi
Gündəm / Siyasət
Prezident səfirliyimizə edilən silahlı hücumu QINADI
Gündəm / Siyasət
İran səfiri XİN-ə ÇAĞIRILDI
Gündəm / Siyasət
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / Cəmiyyət
Emmanuel Makron İlham Əliyevə zəng edib
Gündəm / Siyasət