Gündəm / Cəmiyyət
30 yanvar 2023
3
Allahşükür Paşazadə: “İran bizim qardaşımız deyil”

“Biz bu hadisəni qınayırıq. İran bizim qardaşımız deyil, Ermənistanın qardaşıdır”.
Bu fikirləri Orxan Əsgərovun ailəsini ziyarət edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri Orxan Əsgərovun ailəsinə başsağlığı verməyə gəliblər:
“Məqsəd ondan ibarətdir ki, bu gün bizim birlik olub bura gəlməyimiz ölkəmizdə olan milli birliyi, vəhdəti nümayiş etdirir. Çox heyifsilənirəm ki, Azərbaycana qonşu olan dövlət ölkəmizə qarşı ədavətli addımlar atır. Bunun nəticəsidir ki, akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər. Mən bunu İran xalqına şamil etməzdim, bu gün orada yaşayan qardaşlarımız başa düşürlər. Onlar bu gün İran, fars rejiminin əlində əsirdirlər. İnanıram ki gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq. Hansı ki, biz onları qardaş hesab edirdik. Artıq bilirik ki, İran bizim qardaşımız deyil, onlar Ermənistanın qardaşlarıdır. Buna görə də prezidentimiz dediyi kimi, biz də bunu terror aktı kimi bilirik. Bu məsələ araşdırılmalıdır”.

Daha çox xəbər:

Şeyx İran barədə: “Sən demə qardaşın başqa qardaşı da varmış”
Gündəm / Siyasət
Allahşükür Paşazadə BƏƏ-yə getdi
Gündəm / Cəmiyyət
Allahşükür Paşazadə fəxri professor oldu - FOTO
Gündəm / Cəmiyyət
Allahşükür Paşazadə İrana qarşı sanksiyaların dayandırılması üçün Trampa müraciət etdi
Dünya
Orxan Əsgərovla vida mərasimi keçirilir
Gündəm / Cəmiyyət