Gündəm / Hadisə
31 yanvar 2023
0
Paytaxtda evdə güclü partlayış: Əcnəbi tələbələr yaralandılar

Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.
Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.
Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb. Hadisə zamanı evdə olan Pakistan vətəndaşları - 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları - 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
“Qafqazinfo”
