Gündəm / Cəmiyyət
31 yanvar 2023
0
DTX-dən İrandakı terror hadisəsi ilə bağlı məlumat yayanlara XƏBƏRDARLIQ
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə araşdırmalar davam etdirilir.
Bununla bağlı DTX məlumat yayıb.
Bildirilib ki, həmin hadisə barədə araşdırmalara dair dəqiqləşdirilməmiş və rəsmi mənbələrə istinad edilməyən məlumatların yayımlanması istintaqın aparılmasına mane olmaqla əhali arasında çaşqınlığa və şayiələrin yayılmasına səbəb olur.
“İranda baş vermiş hadisə ilə əlaqədar dövlət orqanlarına istinad olunmadan informasiyaların tirajlanmasının yolverilməzliyi barədə media qurumlarına xəbərdarlıq olunur”, - deyə məlumatda qeyd olunub.
Daha çox xəbər:
Səfirliyimizə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanıldı
Gündəm / CəmiyyətDTX cəbhə xəttində yaranmış gərgin vəziyyətlə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ etdi
Gündəm / CəmiyyətXİN-dən İrana getmək istəyənlərə XƏBƏRDARLIQ
Siyasət / GündəmSON DƏQİQƏ: DTX nazirliyin binasına girdi - Əməliyyat keçirilir - RƏSMİ
SiyasətDTX və DSX əməliyyat keçirdi - Saxlanılanlar var
Gündəm / Hadisə