Gündəm / Hadisə
01 fevral 2023
0
Qusarda 53 yaşlı kişi bir aydır itkin düşüb

Qusarda itkin düşən 53 yaşlı şəxs axtarılır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.
Qusar rayonu ərazisində yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə, (023) 385-22-22 şəhər və (070) 743-33-37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
