Gündəm / Dünya
01 fevral 2023
0
Aleksey Danilov: “Rusiya maksimum eskalasiyaya hazırlaşır”
“Rusiya hökuməti yaxın həftələrdə Ukraynaya qarşı müharibədə böyük eskalasiyaya hazırlaşır”.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “Sky News” telekanalına müsahibəsində bildirib.
“Rusiya maksimum eskalasiyaya hazırlaşır. O, mümkün olan hər şeyi toplayır, təlimlər və məşqlər keçirir”, - Danilov deyib.
O, həmçinin rusların 2022-ci il fevralın 24-də olduğu kimi cənubdan, şərqdən və şimaldan Ukraynaya qarşı hücuma keçə biləcəklərini də istisna etməyib. Danilovun fikrincə, ola bilsin ki, Rusiya qəsdən hücumunu genişmiqyaslı müharibənin başlanmasının ildönümünə təyin edib.
“Biz başa düşürük ki, hər şey masadadır... Deyə bilərəm ki, yaxın iki-üç həftə ərzində heç bir ssenarini istisna etmirik”, - Danilov bildirib.
Onun sözlərinə görə, Ukrayna hərbçiləri indi bütün mümkün ssenarilərə hazırlaşırlar və bu dəfə tərəfdaşlardan 12 ay əvvəlkindən qat-qat çox dəstək alıblar.
Danilov həmçinin əlavə edib ki, Rusiyada səfərbər olunan 320 mindən çox əsgərin təxminən yarısı yeni genişmiqyaslı hücumda iştirak edəcək.
“Biz uzun, çətin dövr keçdik, lakin əminəm ki, əsas döyüşlər hələ qarşıdadır və onlar bu il, iki-üç ay ərzində baş verəcək. Bu, müharibədə müəyyənedici aylar olacaq”, - Danilov əlavə edib.
Daha çox xəbər:
"Rusiyada ümumi səfərbərlik elan edə bilərlər" - Danilov
Gündəm / Dünya"Rusiya yanvarda hücuma hazırlaşır" - General
Gündəm / SiyasətUkrayna yazda Rusiyaya qarşı böyük hücuma hazırlaşır
Gündəm / Dünya"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / DünyaRusiya təlim bəhanəsi ilə şimaldan hücum edəcək
Gündəm / Dünya