Gündəm / Hadisə
01 fevral 2023
0
DİN-dən İranın casus şəbəkəsinə qarşı əməliyyat: 39 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
Milliinfo.az Report-a istinadən xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.




Daha çox xəbər:

DİN-dən ƏMƏLİYYAT - Bu qurumun əməkdaşları SAXLANILDI
Gündəm / Hadisə
DTX-dən ƏMƏLİYYAT: İranın casus şəbəkəsi ələ keçdi - VİDEO
Gündəm / Hadisə
Astarada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanıldı
Gündəm
Azərbaycanda İran öz şəbəkəsini uzun illər ərzində formalaşdırıb - FAKT BUDUR!
Dünya
Penitensiar Xidmət və DİN birgə ƏMƏLİYYAT KEÇİRDİ
Gündəm / Hadisə