Gündəm / Şou
02 fevral 2023
0
Ombudsman təcridxanada Bəxtiyar Hacıyevə baş çəkdi
Ombudsman Səbinə Əliyeva həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə baş çəkib.
Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bəxtiyar Hacıyevin anası və onunla bağlı müraciət edən digər şəxslər Ombudsman Aparatında qəbul olunub. Eyni zamanda Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında ombudsman Səbinə Əliyeva tərəfindən qəbul olunaraq müraciəti dinlənilib.
Qeyd edək ki, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunan B.Hacıyev ötən il dekabrın 9-da həbs edilib. Vəkilləri onun həbsinə etiraz olaraq aclıq aksiyası etdiyini bildirir.
İddialara görə, B.Hacıyev jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə tutulub.

Daha çox xəbər:

Bəxtiyar Hacıyevlə bağlı həbs qərarı verildi
Gündəm / Cəmiyyət
Bəxtiyar Hacıyevin polisə çağırılmasının səbəbi AÇIQLANDI
Gündəm / Cəmiyyət
Vilayət Eyvazov Bəxtiyar Hacıyevi qəbul etdi
Gündəm / Cəmiyyət
Ombudsman analara yeni hüquq verilməsini istəyir
Siyasət
Ombudsman vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüş keçirib
Gündəm