Gündəm / Siyasət
03 fevral 2023
7
İlham Əliyev “Qaz təchizatı haqqında” Qanunda dəyişiklik etdi

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması qaydası müəyyənləşib.
Belə ki, bu, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək.
Bundan başqa, dövlət başçısı müvafiq qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
Fərmanla müəyyən edilir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin on səkkizinci abzasında, 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində, 4-cü hissəsinin birinci abzasında, 12-ci hissəsinin ikinci cümləsində, 12-1-ci və 12-3-cü (hər iki halda) hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Həmin Qanunun 13-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir.

Daha çox xəbər:

İlham Əliyev “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik etdi
Gündəm / Siyasət
Tarif Şurasına və İqtisadiyyat Nazirliyinə yeni səlahiyyət VERİLDİ
Gündəm / Cəmiyyət
Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi
Gündəm / Siyasət
İlham Əliyev bu qanuna dəyişikliyi TƏSDİQLƏDİ
Gündəm / Siyasət
QMİ məscidlərə dini rəhbər təyin edə bilməyəcək - YENİLƏNİB
Gündəm / Cəmiyyət