Gündəm / Siyasət
06 fevral 2023
0
Bakıda vəzifəli şəxs HƏBS EDİLDİ
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin şöbə müdiri Hüseyn Seyidovun müalicə edilmədən tibbi sənədlərdən çıxarışların verilməsi müqabilində xəstələrdən rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Faktla bağlı KQMBİ-də başlanmış cinayət işi üzrə Hüseyn Seyidova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə), 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Azərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Gündəm / HadisəBaş memar rüşvət alarkən yaxalanıb - Baş Prokurorluq
Gündəm / HadisəXəstəxana direktoru rüşvət alarkən saxlanıldı
Gündəm / HadisəTikinti şirkətinin vəzifəli şəxsləri HƏBS EDİLDİ
HadisəAzərbaycanda vəzifəli şəxs rüşvət alarkən TUTULDU
Hadisə